Uorlik: “Dağlıq Qarabağ münaqişəsini Azərbaycanın suverenliyinə hörmət etmədən həll etmək mümkün deyil”

 

Bunu ABŞ Konqresinin Helsinki komissiyası tərəfindən təşkil olunmuş Dağlıq Qarabağ münaqişəsinə həsr olunan brifinqdə ATƏT Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik deyib.

O qeyd edib ki, gərginlik riski hər zamankından daha çoxdur və möhkəm sülhün əldə olunması üçün səyləri daha da artırmaq lazımdır. Münaqişənin sülh yolu ilə həllinin üstünlüklərindən danışan C.Uorlik qeyd edib ki, sülhün əldə olunacağı təqdirdə Ermənistan sərhədlərin açılmasından, qonşularla qarşılıqlı fəaliyyət imkanlarından xeyir görəcək.

TREND IA

09:47