Ümumrusiya Azərbaycan Konqresinin yeni prezidenti seçilib

Moskvada keçirilən Ümumrusiya Azərbaycan Konqresinin IV Qurultayında təşkilatın rəhbər orqanlarına seçkilər keçirilib. Səsvermə nəticəsində tanınmış ictimai xadim, tibb elmləri namizədi, professor Fazil Qurbanov qurumun yeni prezidenti olub. Qurultayda ÜAK-ın Rəyasət Heyəti və Mərkəzi Şurasına yeni üzvlər də seçilib. Rəyasət Heyətinə 40, Mərkəzi Şuraya isə 160 nəfər daxildir. On nəfər isə qurumun vitse-prezidenti seçilib. Bunlar Mehrac Babayev, Vaqif Bayramov, Elman Bayramov, Mixail Qusman, Qod Nisanov, Əlizaman Rəhimov, Aleksandr Romaşin, Tahir Salahov, Ələsgər Tağıyev və İsgəndər Xəlilovdur.

Qurultayda Ümumrusiya Azərbaycan Konqresi adından Azərbaycan və Rusiya prezidentlərinə müraciət qəbul olunub. Beləliklə Ümumrusiya Azərbaycan Konqresinin IV Qurultayı işini yekunlaşdırıb. Qeyd edək ki, qurultayın işində Rusiyanın 78 bölgəsi adına milli respublikalardan və quberniyalardan toplam 200-dən artıq təmsilçi iştirak edib.

Xudaferin.eu
Rusiya, “Moskva Bürosu”

 

13:24