Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Azərbaycan Prezidentinə təşəkkür edib

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus şəxsi “Twitter” hesabında aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ümumdünya Sağlamlıq Günü münasibətilə videomüraciətindəki çağırışları ilə bağlı paylaşım edib.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, ÜST-ün Baş direktoru paylaşımında Azərbaycan Prezidentinə təşəkkür edərək qeyd edib: "BMT-nin İnsan Hüquqları Şurasında ədalətli, əlverişli, vaxtında və universal şəkildə COVID-19 peyvəndlərinə çıxışın əldə olunması ilə bağlı çağırışdakı liderliyinizə görə Prezident Əliyev, Sizə təşəkkür edirəm. Razıyam ki, biz vaksinlərin ədalətli paylanmasını təmin etmək, peyvənd və sağlamlıq təminatı üçün birlikdə daha çox iş görməliyik”.
Elgün Niftəli

Xudaferin.eu

13:54