Uluslararası Uşaq Teatrları Festivalına Ankara ev sahibliyi edǝcǝk

 

Dövlət Teatrları Baş idrasi tǝrǝfindǝn təşkil edilən “Kiçik Xanımlar Kiçik Bǝylǝr Uluslararası Uşaq Teatrları Festivalına” 25 Apreldǝ Ankarada start verilǝcǝk. Festival çǝrçivǝsindǝ, İtaliya, Rusiya, İspaniya, Kosova, Çili, və Yunanıstandan 8, Türkiyədən 10 qrup, 13 fərqli mǝkanda 102 tamaşa nümayiş etdirilǝcǝk.

Festivalda, bu il İtaliyadan “Kütük Ev” , “Hana və Momo”, Rusiyadan "Mutabor Sirki" və "Mechanicus", İspaniyadan "Zəngli saatlar", Kosavadan “Bu Mənim”, Çilidən “Micromundo” və Yunanıstandan “zürafə” adlı uşaq teatrları sǝhnǝlǝnǝcǝk.  

Dövlət Teatrları Baş idarǝsindǝn verilǝn mǝlumata görǝ, Ankara DT-nin ev sahibliyindǝ 13-sü təşkil ediləcək “Kiçik Xanımlar Kiçik Bǝylǝr Uluslararası Uşaq Teatrları Festivalı”, teatr sənətinə dǝstǝk olmaq, Türk teatrının dünya uşaqları vasitǝsiylǝ ölkǝ daxilindǝ vǝ xaricdǝ tǝqdimatı, bu sahǝdǝki inkişafları izlǝmǝk məqsədi ilə həyata keçirilir. Festival, 30 Aprelǝ qǝdǝr davam edǝcǝk.

Xudaferin.eu
Türkiyə, “Ankara Bürosu”

06:38