Uluslararası birliklər Rza Şahabinin müdafiəsinə qalxdılar

 

Bu yöndə yerli və beynəlxalq ictimaiyyət Rza Şahabinin azadlığını tələb edir

Beynəlxalq insan haqları qurumları və İranın müxtəlif siyasi qrupları təqribən 40 gündür Kərəcin Rəcayişəhr zindanında aclıq aksiyasi keçirən əmək fəalı Rza Şahabinin sərbəst buraxılmasını tələb edirlər.

Əslən Güney Azərbaycandan olan tanınmış fəal, “Amnesty International”ın yayımladığı məlumata əsasən, avqustun 9-da yenidən həbsxanaya göndərildikdən sonra aclıq aksiyasına başlayıb.

Şahabinin sağlamlığının kritik durumda olduğunu bildirən “Amnesty International” onun dərhal və qeyd-şərtsiz sərbəst buraxılmasını tələb edib. Həmçinin keçən günlərdə Güney Azərbaycana məxsus təşkilatlar və siyasi qruplarına bağlı 30-dan artıq milli və mədəni fəal Rza Şahabiyə dəstək bəyanatı yayımlayıb.
Qeyd edək ki, Tehran avtobus şirkəti işçiləri birliyinin təsisçilərindən olan Rza Şahabi işçilərin hüquqlarını müdafiə istiqamətində fəaliyyətləri üzündən illərlə həbsdə olub.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

10:05