Uluslararası Birlik: "Əsəd rejimi getməlidir"

 

Suriya rejiminin İdlibdə keçən həftə kimyəvi silahlarla həyata keçirdiyi qırğından sonra dünyada "Əsəd rejimi getməlidir" səsləri ucalmağa davam edir.

Fransanın xarici işlər naziri Jean-Marc Ayrault Suriya diktatoru Bəşər Əsədin bu ölkənin gələcəyində yeri olmadığını söyləyib. Dünyanın sənaye sahəsində inkişaf etmiş ən böyük 7 ölkəsi və Aİ-nı bir araya gətirən xarici işlər nazirləri səviyyəsindəki G-7 konfransı İtaliyada start alıb. Yığıncaq çərçivəsində Türkiyənin də aralarında olduğu ölkələrlə Suriya məsələsi üzrə iclası keçirilib.

Yığıncaqdan sonra bəyanat verən Fransanın xarici işlər naziri G-7 ölkələrinin Əsədin Suriyanın gələcəyində olmayacağı mövzusunda razılıq əldə etdiklərini bildirib. Jean-Marc Ayrault deyib ki, “Böyük yeddilik” ölkələri olaraq Suriya və Rusiyaya sanksiya tətbiq edilməsi barədə həmfikir olduq.

İtaliyanın xarici işlər naziri Angelino Alfano isə Suriya konfransının axırında verdiyi açıqlamada bildirib ki, Suriyada siyasi keçid, daimi və təsirli bir atəşkəsə, həmçinin hər şey sona çatdığı zaman yeni bir konstitusiya əsasında azad seçkilərə də imkan yarada bilər.

Xudaferin.eu
“Avropa Bürosu”

20:57