Ukraynanın Truskavets şəhərində Müslüm Maqomayevin xatirəsi anılıb

Ukraynanın Truskavets şəhərində Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının dəstəyi ilə dünya şöhrətli müğənni və bəstəkar, xalq artisti Müslüm Maqomayevin 75 illiyinə həsr olunan konsert keçirilib.

Konsertdə Ukraynanın xalq artisti, Müslüm Maqomayev adına Mədəniyyət Mərkəzinin rəhbəri Qurban Abbasov, aktyor və müğənni Natalya Kudryaşova çıxış ediblər. Hər iki müğənni M.Maqomayevin repertuarından onlarla mahnı ifa edib. Tamaşaçılar böyük sənətkarın nəğmələrini böyük sevgi ilə qarşılayıblar. Qeyd edək ki, Müslüm Maqomayevin 75 illiyi ilə əlaqədar Ukraynanın bir sıra şəhərlərində konsertlər təşkil edilib.

 

Xudaferin.eu

Ukrayna, "Kiyev Bürosu"

 

17:24