Ukraynanın şərqində böhran dərinləşir

Ukrayna ordusu ilə Rusiya tərəfdarı olan separatçı regionlarda baş verən toqquşmalar zamanı 6 nəfər ölüb. Beləki, artıq qarşıdurmaların beşinci günündə qarşılıqlı artilleriya atəşi nəticəsində 2 Ukrayna hərbçsi və 1 Rusiya tərəfdarı olan separatçı həlak oldu. Rusiya prezidenti Vladimir Putin böhranın dərinləşməsinə görə  Amerika Birləşmiş Ştatlarının dəstəyini təmin etməyə çalışmaqda günahlandırdığı Ukraynanın məsuliyyət daşıdığını bildirdi.  ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Nikki Haley  isə münaqişələrin kəskinləşməsinə görə Moskva rəhbərliyinin məsuliyyət daşıdığını qeyd edərək, Rusiyanı qınadıqları barədə açıqlama verdi. Haley Krım Ukraynaya qaytarılmayanadək Rusiyaya qarşı sanksiyaların ləğv olunmayacağını bildirdi.

Qeyd edək ki, ABŞ-da prezident seçlən Donald Trampın proqramında da bildirildiyi kimi, dondurulmuş münaqişələr və eləcə də etnik separatizm kimi problemlər BMT tərəfindən tanınan  dövlətlərin ərazi bütövlüyü şərçivəsində həll edilməsi artıq beynəlxalq miqyasda dəstək qazanmaqdadır. Ukrayna hakimiyyəti də məhz bu istiqamətdə gərəkən addımlar atır.

Xudaferin.eu
Ukrayna, “Kiyev Bürosu”

11:29