Ukraynanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi - Bu işğaldır

 

"Azərbaycanlı dostlarımızı hamıdan yaxşı başa düşürük. Çünki bu işğaldır".

Bunu bu gün Ukraynanın xarici işlər naziri Pavlo Klimkin Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra mətbuat konfransında deyib. Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir bildirib ki, Ukrayna Azərbaycanın ərazi bütövlüyünə dəstək verməyə sadiq qalacaq.

Qeyd edək ki, postsovet məkanında Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın ərazilərində etnik separatism siyasəti birbaşa Rusiya tərəfindən dəstəklənir və bu işğal siyasətində separatçılar məhz Rusiyanın hərbi dəstəyi ilə bölücülük siyasətini idarə edirlər. Faktiki olaraq, etnik separatism adı çəkilən dövlətlətlərə milyardlarla dollar maddi zərər vurmaqla yanaşı, həm də mənəvi böhranlara səbəb olmuşdur. Ancaq, bütün bunlarla yanaşı, etnik separatizmdə yer alan bölgələr heç də öz rifahlarına nail ola bilməyiblər. Rusiya özünün dünya hegemonluğu iddialarını sərgiləmək üçün belə bir addım atmaqla həm də özünü daha qlobal şəkildə etnik separatism bataqlığına salıb. Ona görə də Rusiya dünya siyasətində modern bir ölkə kimi deyil, daha çox hərbi arsenalı ilə hegemonluq edən bir məkan kimi dəyərləndirilir. Ona görə də Rusiyanın özündə belə, XXI yüzilin standartları çərçivəsində həyata şəraiti yox kimidir.

Xudaferin.eu
Ukrayna, “Kiyev Bürosu”

10:45