Ukraynanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ukraynanın ölkəmizdəki səfiri Aleksandr Mişenko ilə diplomatik fəaliyyətinin başa çatması münasibətilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Bu xüsusda, səfir A.Mişenkonun səyləri yüksək qiymətləndirilib.

Səfir Aleksandr Mişenko diplomatik fəaliyyəti müddətində Azərbaycan tərəfindən ona göstərilən dəstəyi xüsusilə qeyd edib və bu təşəkkürünü bildirib.

Nazir Elmar Məmmədyarov səfir Aleksandr Mişenkoya gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.

AZƏRTAC

17:38