Ukraynalı məşhur müğənni muğam oxumağı öyrənir

 

Azərbaycan mənim üçün doğma yerdir. Bu sözləri ukraynalı tanınmış müğənni, 2004-cü ildə “Eurovision” mahnı müsabiqəsinin qalibi, Ukraynanın xalq artisti Ruslana söyləyib.
 

O deyib: “Bakıya həmişə böyük məmnuniyyətlə gəlirəm. Mənim üçün Azərbaycan Ukraynadan sonra ikinci doğma yerdir. Azərbaycanla bağlı o qədər xoş xatirələrim var ki. O cümlədən sənətimlə əlaqədar. Bir neçə birgə layihə həyata keçirmişik. Mən azərbaycanlı artistləri tanıyıram, muğamı öyrənirəm. Bu qeyri-adi musiqi mənim üçün böyük maraq kəsb edir və mənə çox yaxındır”.

Müğənni qeyd edib ki, yeni layihəsi çərçivəsində yaxın vaxtlarda Bakıda bir neçə təqdimat keçirməyi planlaşdırır. Bununla yanaşı, ünlü Ukrayna müğənnisi Azərbaycan və Ukrain xalq musiqisinin təməli əsasında xüsusi bir konsert proqramı ilə hər iki ölkədə çıxış etməyi də planlaşdırıbıdır.

Xudaferin.eu
Ukrayna, “Kiyev Bürosu”

 

 

09:58