Ukraynada şaxtada partlayış: 11 nəfər ölüb

Ukraynanın Lvov vilayətində “Stepnaya” şaxtasında partlayış nəticəsində 11 nəfər ölüb.

Xudaferin.eu-nun TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Azad Həmkarlar Konfederasiyasının rəhbəri Aleksandr Volınets bildirib. 

“Stepnaya” şaxtasında qəza baş verib. Metan partlayıb, 11 nəfər ölüb”, - o, “Facebook” hesabında yazıb. 

Dövlət Fövqəladə Hallar Xidməti İdarəsindən verilən məlumata görə, hazırda qəza-xilasetmə işləri aparılır. 

Xudaferin.eu

21:56