Ukraynada Azərbaycanlı Alim Vəfat edib

Ukrayna Elmlər Akademiyasının müxbir üzvü, görkəmli alim Nadir Əlişov vəfat edib.

O, bu gün yaşadığı Kiyev şəhərində uzun sürən xəstəlikdən sonra 72 yaşında dünyasını dəyişib.

Mərhum Kiyev şəhərində müsəlman qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, N.Əlişov SSRİ Nazirlər Sovetinin və N.Ostrovski adına Ukrayna Gənclər mükafatlarının laureatı olub.

O, Ukraynada Azərbaycan diaspor təşkilatının qurucularından biri olub.

Qeyd edək ki, N.Əlişov 1948-ci ildə ŞUŞAda anadan olub.

P.S. Nədənsə bütün qəzetlər alimin ŞUŞAda doğulduğunu qeyd etməyiblər. Görünür bu günkü Azərbaycan elində alim ya Naxçıvanlı, yada Qərbi azərbaycanlı ola bilər...

Xudaferin eu

20:19