Ukrayna Yanukoviçin və komandasının 1,5 milyard dollarını müsadirə edəcək

 

Ukraynanın “Oşadbank” dövlət bankı ölkənin keçmiş prezidenti Viktor Yanukoviçə və onun komandasına məxsus olan 1,5 milyard dolları müsadirə edəcək. Məhkəmənin sərəncamı ilə üzərində həbs qoyulan bu vəsait dövlət büdcəsinə köçürüləcək.

 

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədri Aleksandr Turçinov məhkəmənin qərarını prinsipial addım adlandırıb. Belə ki, bu vəsaitdən dövlətin müdafiə sifarişlərinin, təhlükəsizlik və müdafiə sektorunun subyektlərinin maliyyələşməsi nəzərdə tutulur.

Xatırladaq ki, Viktor Yanukoviç 2014-cü ilin fevral ayında ölkə müxalifəti rüşvətxor bir rejimi devirmək üçün Ukrayna prezidenti vəzifəsindən kənarlaşdırılıb. Ölkənin yeni hökuməti onu dövlətə xəyanətdə, korrupsiyada və kütləvi etiraz aksiyası iştirakçılarının ölümündə günahlandırır. 2015-ci il yanvarın 28-də Maliyyə Monitorinqi üzrə Dövlət Xidməti Yanukoviç və onun ətrafı ilə əlaqəli kompaniyaların hesabındakı 1,5 milyard dolları blok etmişdi.

Xudaferin.eu
Ukrayna, “Kiyev Bürosu”

 

06:42