Ukrayna və ABŞ NATO-dan kənar ittifaq qurur

 

Ukrayna müdafiə sahəsində NATO-dan kənar ikitərəfli müttəfiqlik statusu qurmaq üçün ABŞ Konqresinə müraciət edib.

Bununla bağlı sənəd Ukraynanın Ali Radası tərəfindən qəbul olunub. Ukrayna parlamenti deputatlarının açıqlamasına görə, ABŞ-la xüsusi hərbi müttəfiqlik əlaqələrinin yaradılması Rusiyanın təcavüzünün qarşısının alınmasında ciddi təsirə malik ola bilər: “Budapeşt bəyannaməsinin ruhuna və şərtlərinə uyğun olaraq, həmçinin dövlətlərimiz arasında strateji tərəfdaşlıq məqsədilə ABŞ-a Ukrayna ilə NATO-dan kənar xüsusi müttəfiq statusunu təmin edən müdafiə sahəsində müqavilənin bağlanılmasını xahiş edirik. ABŞ-la müdafuiə sahəsində ikitərəfli müqavilənin imzalanması Ukraynaya qarşı təcavüzün qarşısının alınmasında, əcavüzkarın zərəsizləşdirilməsində və Avropada müharibənin alovlanmasının qarşısnın alınmasında ciddi təsirə malik ola bilər. Bu, Ukraynanın, ABŞ-ın Avropanın və bütün dünyanın maaqlarına uyğundur ”-müraciətdə belə deyilir.

Müşfiq Abdulla

Cebhe.info

 

10:07