Ukrayna əsilli Azərbaycan vətəndaşı: “Məndən əlillik üçün rüşvət istəyirlər”

 

Valideynləri Ukrayna Respublikasından 80-ci ildə Azərbaycana gələn Frolova Anna 1987-ci ildə doğulub. Uşaq ikən ata və anasını itirəndən sonra uşaq evində böyümək məcburiyətində qalıb. Daha sonra internatda təhsil alıb.

Annanın dediyinə görə eplepsiya xəstəsidir. Gözləri də zəif görür. Əlində bunları təsdiq edən həkim arayışları da var. Amma nədənsə əlilliyə görə təqaüd ala bilmir. Hər dəfə müraciət edəndə ondan pul tələb olunduğunu bildirir. Xəstə olduğundan işləyə də bilmir. Daimi yaşayış yeri olmadığından xeyirxah insanların ümidinə qaldığını deyir. Hətta, əynindəki paltarların da başqaları tərəfindən verildiyini bildirir. Saytımız vasitəsi ilə aidiyyatı orqanlardan ona kömək edilməsini xahiş edən Anna Frolovanın video-müraciətini təqdim edirik.

Azadliq.info

 

10:28