Ukrayna Rusiyaya qarşı yeni sanksiya hazırlayıb

Ukrayna hökuməti Rusiyaya qarşı yeni sanksiyalar hazırlayıb. 

Xudaferin.eu-nun Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, sanksiyalara səbəb Kerç körfəzində körpünün inşa olunmasıdır. 

Sanksiyalarla bağlı layihə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasına təqdim olunacaq. 

Bildirilir ki, yeni sanksiyalar Krım körpüsünün tikintisində çalışan 19 şirkətə qarşı yönəlib. Məqsəd həmin şirkətlərin Avropa İttifaqı və ABŞ-la iqtisadi əlaqələrini məhdudlaşdırmaqdır. 

Xudaferin.eu

13:01