Ukrayna Dağlıq Qarabağda separatçıların "referendumu"nu tanımır

 

Trend Ukrayna XİN-in saytında dərc olunmuş XİN-in mətbuat katibinin Maryana Betsının şərhində deyilir. "Azərbaycan Respublikasının konstitusiyasına pozan "referendumun" hüquqi əsasları yoxdur" - məlumatda deyilir. Ukraynanın Dağlıq Qarabağ münaqişəsi üzrə mövqeyi dəyişməz olaraq qalır - Ukrayna Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində tanıyır.
Qeyd edək ki, Ukraynanın özü etnik separatism siyasətindən ən çox əziyyət çəkən ölkələrdən biri hesab olunur. Ukraynanın Krım, Luqansk və Donetsk vilahyətlərinin Rusiya tərəfindən işğal edilməsi nəticəsində bir yandan ölkənin əərazi bütünlüyünə qarşı qəsd edilmiş, o biri yandan isə Ukrayna hökluməti milyardlarla vəsaitdən  məhrum qalmışdır. Rusiyanın qızışdırdığı bu etnik separatizm siyasətinin nəticəsi kimi artıq bu ölkədə vətəndaş qarşıdurması prosesləri də dalan dirənib. Ukrayna məhz bu amilləri nəzərə alaraq, dünyanın istənilən ölkəsində baş verən etnik separatizmləri dəstəkləmir.

 

Xudaferin.eu
Ukrayna, “Kiyev Bürosu”

 

 

09:58