"Ukrayna Azərbaycanlıları Radası"nın 1 yaşı tamam oldu

"Ukrayna Azərbaycanlıları Radası" 1 yaşını qeyd edir. Bütün dünyanın, o cümlədən Ukraynanın qarşılaşdığı bu çətin ildə, pərakəndəlikdən vahid təşkilata doğru atılmış addımın vacibliyi, özünü birmənalı şəkildə sübut edir. Avropada "Azərbaycanın Dostları Cəmiyyəti" Ukraynadakı soydaşlarımızı təbrik edir və onların Azərbaycan-Ukrayna arasında dosluq və qardaşlıq münasibətlərinə tarixi töhfələrində uğurlar arzulayır. Təbrikə "Xudafərin" jurnalının kollektivi də qoşulur.

xudaferin.eu

14:41