Uçaq səsindən narahat olanlara təzminat

Yaponiya hökuməti təyyarə səsindən narahat olan xalqa 22 milyon dollar təzminat ödəcəyək.

Ölkənin Okinava əyalətində yerləşən Ginovan şəhərindəki ABŞ-na məxsus Futenma hava bazası ətrafında yaşayan xalqın qaldırdığı məhkəmə işi nəticələnib. 3 min 400 nəfərə yaxın insanın gündəlik həyatları və səhhətlərinə mənfi təsir edən və davamlı təyyarə qəzası yaranacağı qorxusu ilə yaşamalarına səbəb olduğuna görə məhkəməyə edilən müraciətlərdə hökumətin cəmi 22 milyon dollar təzminat ödəməsi qərara alınıb. Fukuoka Ali Məhkəməsi 2010-cu ildə də oxşar şikayətlərlə edilən müraciətlərdə 3 milyon 380 min dollar təzminat ödənməsinə qərar vermişdi. Keçən il iyun ayında da Naha Bölgə Məhkəməsi Tokio hökumətini 7 milyon dollar təzminat ödəməyə məhkum etmişdi. Bu arada rəsmi Tokio bazanı başqa yerə nəql etmək məqsədi ilə ABŞ ilə müzakirələri davam etdirir. Okinavada ABŞ-na məxsus 32 baza var. Hərbi bazalar ada ərazisinin 25 faizinə yaxın hissəsini əhatə edir. Okinavada 18 min 600, ölkə miqyasında isə təqribən 50 min ABŞ əsgəri vəzifədədir.

Xudaferin.eu

 

12:50