"Üç həftə ərzində şəhər azad ediləcək"

 

İraqın Baş Qərargah rəisi Osman Əl Ganimi Mosulda ən gec üç həftə içində əməliyyatı tamamlayaraq şəhəri azad edəcəklərini bildirib.

Ganimi terror təşkilatı DEAŞ-ın hal-hazırda Mosulun 35 faizə yaxınına nəzarət etdiyini ifadə edib. 2014-ci ildə terror təşkilatı DEAŞ-ın ələ keçirdiyi Mosulun xilas edilməsi üçün 17 oktyabr 2016-cı il tarixində ortaq əməliyyat başladılmışdı. İlk mərhələdə şərq bölgəsi DEAŞ-dan xilas edilə şəhərdə əməliyyat başladığında təxminən 6 min DEAŞ mənsubunun olduğu təxmin edilirdi. 6 aydan çoxdur davam edən əməliyyatda son olaraq mühasirəyə salınan şəhərin şimal-qərb bölgəsində 200-300 terrorçunun qaldığı bildirilir.

Xudaferin.eu
“Orta Doğu Bürosu”

17:52