Üç böyük dövlətin maşa etmək istədiyi kiçik dövlət

Çox çeynənmiş ifadə ilə desək, siyasət çirkli-çirkablı işdir, düz deyirlər. Buna yalnız onu əlavə etmək olar ki, beynəlxalq siyasət isə tamamən kanalizasiya quyusudur.

Bu sahədə müxtəlif dövlətlərin müxtəlif cür maraqları, münasibətləri elə bir qarışıqlıq və eybəcərlik əmələ gətirir ki, eyzən haqq-ədalətdən danışanların əslində öz korporativ maraqlarının əsiri olduğunu görürsən.

Bir baxın, dünya hegemonu ABŞ-ın yer üzündə, eləcə də regionumuzda şiddətlə çəkişdiyi, hətta düşmənçilik etdiyi iki ölkə var – biri Rusiyadır, biri də İran.

Ermənistana bu və ya digər şəkildə yardım edən, arxa-dayaq duran iki dövlətin də biri İrandır, o biri Rusiya.
Prinsipcə, ABŞ “düşmənimin dostu mənim düşmənimdir” prinsipindən çıxış edərək Ermənistanı da “qeyri-dost ölkələr” qrafasına salmalı, ona bu cür münasibət göstərməlidir.

Amerika silahı, rus silahından daha yaxşıdır". Bolton eyham vurur ...

Ancaq nə görürük? ABŞ düşmənlərinin regiondakı yeganə müttəfiqi olan kiçik dövlətə pasibanlıq edir, hər cür yardım göstərir.

Bu arada dünya hegemonu hələ çoxdan Azərbaycanı öz strateji müttəfiqi, enerji layihələri üzrə tərəfdaşı sayaraq vaxtaşırı bəyanatlar verir, amma bu gün Vaşinqtonda senatorlar yığışıb Azərbaycana hərbi yardımın dayandırılmasına dair qanunvericilik təşəbbüsü qaldırırlar.

Bəs ABŞ-ın Əfqanıstandakı hərbi kontingentinə Azərbaycan hərbçilərinin verdiyi canlı qüvvə dəstəyi necə olsun, bu, loru dildə desək, kov deyilmi? Məlum olur ki, yox, bu hesaba alınmır.

İran-Ermənistan: “Kağız üzərində” əməkdaşlıq | 1news | Xəbərlər

Necə olur ki, ABŞ-ın düşmənlərinə - Rusiya və İrana hər cür dəstək verən, işlərinə yarayan Ermənistan əziz-xələf dövlət olur, amma ABŞ-la xeyli ortaq biznes layihələri olan Azərbaycan az qala Venesuela ilə yanaşı qoyulur?

Yaxud, diqqətli oxucular xatırlayar ki, 4-5 il öncə ABŞ senatorları, generalları, Dövlət Departamentinin məsul şəxsləri hər həftə Bakıya gəlir, Azərbaycandan İrana qarşı plasdarm kimi istifadə etmək niyyətlərində israr edirdilər, amma Azərbaycan tərəfi buna razılıq vermirdi.

Ermənistan isə ABŞ-la həmin avantüranın ilkin mərhələsindədir, gələcəkdə hər şey daha açıq fazaya keçəcək, ehtiyac yaranacağı təqdirdə Ermənistan ABŞ üçün aerodrom olacaq.

Ancaq buna baxmayaraq, bu kiçik dövlət özünü “boynuyoğun dövlət” sayan İranın da gözünün işığıdır.

Bu niyə belədir? Nədən böyük dövlətlərin Cənubi Qafqazın ən kiçik dövləti olan Ermənistana maraqları bu qədər böyükdür?
Yenə də lənətə gəlmiş korporativ maraqlar.... Böyük dövlətlər bu kiçik dövlətdən maşa kimi istifadə etmək istəyirlər.

İran Ermənistandan Azərbaycana qarşı yararlanmaq istəyir, Rusiya Türkiyəyə qarşı, ABŞ İrana qarşı.

Rusiya-Ermənistan razılaşması niyə uğursuz oldu ...

Rusiya çalışır ki, Ermənistan zəif olmasın, ən azı Azərbaycan boyda və gücdə olsun.

İran istəyir ki, Ermənistan Azərbaycanın başını qarışdıra biləcək qədər güclü olsun.

ABŞ umur ki, Ermənistan Azərbaycandan da böyük və güclü olsun, zamanı gələndə Qafqazın İsrailinə çevrilsin.

Bu gün Azərbaycan Dağlıq Qarabağ üzərindəki hüququndan imtina etdiyini, Qarabağı Ermənistana güzəştə getdiyini bəyan etsə, bu qərarı ilk alqışlayan dövlət, bilirsinizmi, hansı olar? ABŞ olar. Rusiya və İran təbrik mətni yazana qədər okeanın o tayından mübarəkdarlıq mesajı gələr.

Regionda ölkəmizə qarşı dürüst davranan iki ölkə varsa, biri Türkiyə, o biri İsraildir. Di gəl, bu iki dövlət də bir-birilə intriqadadır.

Eyni zamanda ABŞ-la Türkiyə son 70 ildə ciddi hərbi-siyasi müttəfiqlik büsatı içində olsalar da, ABŞ Türkiyəyə vaxtaşırı təzyiq edir ki, Ankara onun düşməni Rusiyanın sadiq müttəfiqinə xoş davransın, onunla diplomatik əlaqələr qursun, ticarətə başlasın, regional layihələrə cəlb eləsin.

2018-2019-cu illərdə Ermənistan-ABŞ münasibətlərində mərasim ...

ABŞ Ermənistanın əslində Rusiyanın Həştərxan vilayəti kimi bir şey olduğunu anlayır və onu yavaş-yavaş Rusiyadan qoparmağa çalışır. Baş nazir Paşinyan öz hərəkətləri ilə ABŞ-da belə bir ümidin yaranmasına səbəb olub.

Rusiyanın bu səmtdəki siyasəti isə dəyişməzdir. O, Ermənistanı (eləcə də bir çox sovet respublikalarını) öz ərazisi sayır və onu ABŞ-a güzəştə getmək fikrində deyil. Moskva yalnız Azərbaycanın Türkiyə ilə isti, yaxın münasibətlər qurmasıyla barışır, ancaq ABŞ-ın Xəzər sahilində köklənməsini istəmir.

Hazırda isə bu dövlətin başbilənləri Ermənistan-Azərbaycan konfliktində seyrçi mövqedəymişlər kimi görünürlər.(Əlbəttə, səhnəarxası telefon zənglərinin intensivliyindən və səs tonundan xəbərdar olsaydıq, daha qəti rəy bildirmək olardı).

Anlaşılan budur ki, Rusiya bu münaqişədə Azərbaycanın Ermənistana yox, Paşinyana qalib gəlməsini istəyir. Yəni elə olsun, Ermənistan ziyan çəkməsin, amma Paşinyan elə bir zərbə alsın ki, hakimiyyətdə qala bilməsin.

Bizim üçün isə Ermənistanda hakimiyyətdə Paşinyanın və ya Maşinyanın olmasının elə bir fərqi yoxdur, kim olur, olsun, bizə öz torpaqlarımız, Qarabağ lazımdır. Ona görə də biz bu qarmaqarışıq, dolaşıq, kəsişən siyasi xətlər içində öz əlverişli fürsətimizi gözləyirik. /musavat.com/

20:19