T.Yaqublunun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib

"Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaq edilən cinayət işi üzrə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə təqsirləndirilib" - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Tofiq Yaqublu 1961-ci il fevralın 6-da Gürcüstan Respublikasının Borçalı mahalının İncəoğlu kəndində anadan olub. Azərbaycan Kooperasiya Universitetini bitirib. Qarabağ müharibəsinin iştirakçısı və Qarabağ qazisidir. Jurnalist fəaliyyəti ilə də məşğul olmuşdur. Ailəlidir, bir qızı, bir oğlu var. Bir qızı Nərgiz Yaqublu 2015-ci ildə vəfat edib.

Hazırda məhkəmə T.Yaqublunun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib.

10:40