"Twitter" Donald Trampın hesabını əngəlləməyəcək

"Twitter" sosial şəbəkəsi məlumatlara çıxışı qoruyub saxlamaq üçün "dünya liderləri"nin uçot qeydlərini əngəlləməyəcək.

Bu bəyanatla servis istifadəçilərinin KXDR-i nüvə silahı ilə hədələyən ABŞ prezidenti Donald Trampın hesabının əngəllənməsinə dair çağırışlarından sonra şəbəkə administrasiyası çıxış edib.

"Dünya liderinin "Twitter"də əngəllənməsi və ya onların mübahisəli tvitlərinin silinməsi insanlardan görməli və müzakirə etməli olduqları mühüm məlumatları gizlədəcək", - deyə şirkətin bloqunda dərc olunan bəyanatda bildirilir.

Xidmətin fikrincə, bu addım liderləri "susmağa" məcbur etməyəcək, lakin onların davranış və kəlmələrinin müzakirəsini çətinləşdirəcək./ Report

15:39