TÜRKSOY-a üzv ölkələrin bəstəkarları beşinci dəfə bir araya gəlib

Türkiyənin Bolu şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin bəstəkarlarının beşinci görüşü keçirilib.

Xudaferin.eu xəbər verir ki, görüşdə Türkiyə, Qazaxıstan və Qaqauz Yeri Muxtar Ərazi Qurumundan (Moldova) olan el sənətkarları da iştirak edirlər.

Görüşdə TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Bolu şəhərinin Seben Bələdiyyəsinin sədri Süleyman Özbağ, Qazaxıstan Bəstəkarlar İttifaqının sədri Baynur Qydyrbekin çıxışları olub.

Çıxışlarda TÜRKSOY-un “bəstəkarların görüşü” layihəsinin əhəmiyyətindən, o cümlədən Boludan keçirilən tədbirin mahiyyəti və vəzifələrindən danışılıb.

Sonra Aşıq Veysəl yaradıcılığına həsr olunan bədii proqram təqdim olunub.

Fevralın 15-dək davam edəcək görüşdə “Aşıq Veysəl ili-2019” tədbirlərinə bədii hazırlıq işləri görüləcək.

Xudaferin.eu

17:56