TÜRKSOY-un Gənclik Xoru Ankarada konsert proqramı ilə çıxış edib

 

Uluslararası Türk Kültür Təşkilatının (TÜRKSOY) Gənclik Xoru Ankarada konsert proqramı ilə çıxış edib. Türk Dövlətlərindən bir araya gələn musiqiçilərin konserti TRT-nin Arı studiyasında olub.

Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu, Türk Dövlətlərinin Ankaradakı səfirləri, beynəlxalq təşkilatların rəhbərləri, o cümlədən ölkə ictimaiyyətinin tanınmış nümayəndələri tamaşaçılar arasında olublar.

Qazaxıstanlı Gülmira Kuttibadomavanın dirijorluğu ilə “Artistu” əsərinin ifası zamanı orkestri TÜRKSOY-un baş katibi Düsen Kaseinov skripkada müşayiət edib. Azərbaycandan Elnarə Kərimovanın dirijorluğunda solist Nigar Cəlilova ilə birlikdə orkestrin ifa etdiyi “Sarı gəlin” mahnısı hərarətli alqışlarla qarşılanıb. Konsertlə bağlı çıxış edənlər TÜRKSOY Gənclik Xorunun yaranması və ötən dövrdəki fəaliyyətinin əhəmiyyəti barədə ifadələrini bölüşüblər.

Xudaferin.eu
Türkiyə, “Ankara Bürosu”

09:23