Türkmən kəşfiyyatı açıqladı: İŞİD ilə PKK sövdələşibmiş

 

PKK-lı Kərkük valisi Nəcməddin Kərim vasitəçi olub

“Turkmeneli Cephesi” təşkilatının açıqlamasına görə, Quzey İraqda Türkmən Kəşfiyyat Təşkilatının əldə etdiyi məlumat yayılıb. Məlumatda İŞİD ilə Peşmərgə arasında əməkdaşlıq əldə olunduğu bildirilir. Kərkükün cənubunda Alnavfil kəndinə yerləşən 25 nəfər PKK əməkdaşı Kərkük valisi Nəcməddin Kərimin əmri ilə İŞİD terror təşkilatı ilə iki razılaşma əldə edib.

1 – Kürd peşmərgələr İŞİD əsirlərinin qarşılığımda Kürdüstan Yurdsevərlər Partiyası Peşmərgəsinin tutduğu İŞİD terrorçularını dəyişdirmək razılaşmasını İraqın mərkəzi hökumətindən xəbərsiz şəkildə həyata keçirib.

2 – Kərkükdən Havica bölgəsinə ərzaq, tibb ləvazimatı və benzin kimi ilkin ehtiyac məhsullarının peşmərgə tərəfindən göndərilməsi razılaşması əldə edilib.
Qeyd edək ki, Quzey İraq Türkman bölgəsinin Kərkük şəhərinin valisi və mənşəcə Türkman olan Nəcməddin Kərim son bir həftədə verdiyi açıqlamada qeyd etmişdi ki, Quzey İraq Kürd Muxtariyyatının Kərkük şəhərində bayraqları asıla bilər və bunda heç bir təəccüblü heç nə yoxdur. Bu zaman kürd bayraqlarının Türkman bölgəsində nədən dalğalanması məsələsində bir sıra araşdırmalar aparılmışdır. Beləliklə bəlli olmuşdur ki, Nəcməddin Kərim özü bölgədə ən güclü mafiyabaşılardan biridir. Onun gəlir mənbələri əsasən İraqda və Türkiyədə türk soyqırımı aparan kürd terror təşkilatlarının gizli silah və narkotika ticarətində xüsusi çəkisi vardır. Bununla yanaşı, kürdlərə məxsus terrorçu qurum kimi dünyada bilinən PKK və qatı ərəb milliyyətçiliyi siyasəti apararaq İraq, Suriya və Türkiyədə türklərə qarşı terror siyasətini yürüdən İŞID-la əlbirdir.

Xudaferin.eu
“Orta Doğu Bürosu”

 

14:21