Türkiyənin Suriyada hərbi əməliyyatı təxirə salmasının səbəbi açıqlandı

Ankara Suriyada hərbi əməliyyatın təxirə salınmasının səbəbini açıqlayıb.

Xudaferin.eu xəbər verir ki, müvafiq bəyanatla Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış edib. 

O bildirib ki, Türkiyənin Suriyadakı hərbi əməliyyatı ABŞ-ı cavab atəşə təhrik etməmək üçün təxirə salınıb. 

Nazirin sözlərinə görə, məqsəd ABŞ qoşunlarının Suriyadan çıxarılması zamanı “dost atəş”dən yayınmaq olub. 

Çavuşoğlu həmçinin qeyd edib ki, Türkiyə və ABŞ yanvarın 8-də Vaşinqtonda qoşunların çıxarılması məsələsini müzakirə edəcək.

Xudaferin.eu

14:30