Türkiyənin "Rakka Əməliyyatı" planı

 

Türkiyə Amerika Birləşmiş Ştatlarının Suriyanın Rakka şəhərində əməliyyat aparılması ilə bağlı israrına cavab olaraq əməliyyat planı hazırladı. Planda Rakkada DEAŞ-a vurulacaq zərbənin Tel Abyaddan başlanan əməliyyatla mümkün ola biləcəyi vurgulanır, eni zamanda, terror təşkilatı PKK-nın Suriya qolu PYD-nin iştirak etməyəcəyi təhlükəsiz zonanın yaradılması tələb olunur. ABŞ tərəfinə əməliyyat planını təqdim edən Türkiyə rəsmiləri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) yeni rəhbəri Mike Pompeonun Ankara səfərində də bu məsələni müzakirə masasına qoydular.
Rakka əməliyyatı planında istər maddi-texniki, istərsə də təhlükəsizlik baxımından ən məqbul marşrut olaraq "Tel-Abyad– Eyn əl-İsa - Rakka" istiqaməti müəyyənləşdirilib.

PYD/YPG terror təşkilatının nəzarətində olan Tel-Abyad güzərgahının ABŞ-ın nə dərəcədə səmimi olduğunu üzə çıxaracaq sınaq olduğunu qeyd edən mənbələr:"ABŞ DEAŞ-ı Rakkadan təmizləmək məsələsində səmimidirsə, Suriyanın ərazi bütövlüyünə hörmət etdirsə və burada Türkiyə və koalisiya qüvvələri ilə birgə hərəkət etmək istəyirsə, Rakka əməliyyatı Tel-Abyad üzərindən aparılmalıdır. Türkiyə bu əməliyyatda Rusiya və İranı da istisna etməməlidir" deyirlər.

Əl-Babdan Rakkaya Tabka bəndi üzərindən gedən yolun uzunluğu 170 kilometrdir.

Çobanbəydən Əl-Baba olan 40 kilometrlik məsafə də nəzərə alındığında, ümumilikdə, 210 kilometrlik məsafə ortaya çıxır. Bu məsafə şərtlərində həm təchizatla əlaqədar problemlər yarana bilər, həm də təhlükəsizliyin təmin olunması çətinləşər. Riski yüksəldən amillərdən biri də əməliyyatı həyata keçirən qüvvələrin Rakka istiqaməti boyunca Rejimlə yanaşı getmək məcburiyyətində qalmalararı olacaq. Bu yol üzərində DEAŞ-ın əlində olan yaşayış məntəqələrinin olması da əməliyyatın müddətini uzadan faktordur.

Türkiyənin müəyyən etdiyi Tel Abyad - Eyn əl-İsa - Rakka istiqaməti isə 90 kilometrlik bir marşrutdur. Sərhəddən başlayaraq bu yolun təxminən 70 kilometri PKK/PYD-nin nəzarətindədir. Buradan Rakkaya qədər məsafə 20-25 kilometrdir.
ABŞ-ın səmimiyyətinin bu məqamda üzə çıxacağını bildirən mənbələr Türkiyənin DEAŞ ilə mübarizəsində ehtimal olunan tələlərə düşməməsi üçün diqqətli olması ilə bağlı da xəbərdarlıq edirlər. Bununla əlaqədar olaraq, Fərat çayının qərbindəki dünyaya elan olunan təhlükəsiz bölgənin təhlükəsizliyi tamamilə təmin olunduqdan sonra Rakka əməliyyatı barədə düşünməyin məqsədəuyğunluğu vurğulanır. Türkiyənin elan etdiyi plan Fəratın qərbindən Cerablus, Münbiç, Əl Bab, Tel Rifat və Azez xəttini əhatə edir.

Bölgəni yaxından tanıyan mənbələr: "Türkiyə üçün bu bölgənin təhlükəsizliyi, Rakkadan daha çox əhəmiyyətlir" deyirlər.

Nə üçün? Çünki Türkiyə Rakka əməliyyatının PKK/PYD ilə birgə aparılmasına qarşı çıxarkən bu əməliyyat nəticəsində aşağıdakı qazancların ədə olunacağını nəzərdə tutur:

Rakka azad olunduqdan sonra terror təşkilatı DEAŞ-ın Türkiyə ilə hər növ əlaqəsi və insan qaynağı kəsiləcək.

PKK/PYD avtomatik olaraq bölgəni tərk edəcək və beləliklə, bölgə tamamilə terrorist ünsürlərdən təmizlənəcək.

PKK/PYD və DEAŞ tərəfindən torpaqlarından qovulan minlərlə insan evlərinə qayıdacaq.

Xudaferin.eu
Türkiyə, “Ankara Bürosu”

12:54