Türkiyənin ən zəngin erməni işadamı “erməni soyqırımı” olmamışdır dedi

Zəngin işadamı Petros Şirinoğlu bildirmişdir ki: “erməni soyqırımı” sözü saxtakarlıqdan və uydurmalardan savayı heç nəyə yaramır

Türkiyənin İstanbul şəhərində erməni diasporunun liderlərindən biri sayılan Karo Paylan bildirmişdir ki, Türkiyə Böyük Millət Məclisində HDP-nin üzvü kimi millət vəkili seçilmiş Petros Şirinoğlu yanvar ayının 19-da ölkə prezidenti Rəcəb Təyyib Ərdoğanla görüşü zamanı etiraf etmişdir ki, “erməni soyqırımı” tarixdə heç bir zaman olmamışdır.
Karo Paylan verdiyi açıqlamasında qeyd etmişdir ki, Petros Şirinoğlunun bu açıqlaması ilə erməni xalqının “erməni soyqırımı”nın tanıdılması uğrunda apardığı yüz ildir davam edən mübarizəsinin üstündən qələm çəkmişdir.
Qeyd edək ki, Petros Şirinoğlu Türkiyənin Kocaeli vilayətinin Baxçacıq bölgəsində anadan olmuşdur. O, eyni zamanda Türkiyədə ən zəngin erməni işadamı hesab olunur. O, eyni zamanda açıqlamalarında bildirmişdir ki, Türkiyədə türk-erməni qarşıdurmasını hər zaman “üçüncü güc” tərəfindən qızışdırılan bir siyasi proses olmuşdur. Əsas diqqəti də bu məsələyə yönəltmək gərəkdir. 1995-ci ildə Türkiyədə erməni soyqırımı olmayıb və bunu istənilən kürsüdə sübut etmək üçün iradəm də çatar.
Onu da bildirək ki hələ 2010-cu ildə Petros Şirinoğlu uydurma “erməni soyqırımı”na qarşı çıxdığı üçün, İstanbulda erməni dilində dərc olunan “Aqos” qəzetində Ayko Bağdad imzası ilə tanınan erməni yazarı Petros Şirinoğlunu sərt şəkildə tənqid etmişdir.
Türkiyədəki erməni diasporu Petros Şirinoğlu tərəfindən verilən açıqlamalarına öna görə kəskin reaksiya verirlər ki, 2008-ci ildən bu yana “Türkiyə Erməni Diasporu” təşkilatının sədri vəzifəsinə yeni lider olaraq kimin seçilməsindən kəskin şəkildə narahtdırlar. Son dəfə bu qurumun lideri arxiyepiskop Mesrop Mutafyan olub. Bu keşiş 2008-ci ildə ölüb.

Xudaferin.eu
Türkiyə, “İstanbul Bürosu”

 

11:45