Türkiyənin məşhur caz qrupu Bakıda çıxış edib

 

Beynəlxalq Muğam Mərkəzində caz layihəsi təqdim olunub. Tədbir Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşavirliyinin, Fransa və Belçikanın ölkəmizdəki səfirliklərinin dəstəyi ilə baş tutub.
 

Konsertdən əvvəl Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral layihənin əhəmiyyətindən danışıb. Qeyd edib ki, ölkələrimiz arasında mədəni əlaqələrin genişlənməsində musiqinin böyük rolu var. Səfir proqramın hazırlanmasında əməyi olan hər kəsə təşəkkürünü bildirib, musiqiçilərə uğurlar arzulayıb. Bakı sakinlərinə təqdim olunan beynəlxalq caz layihəsində Türkiyə, Fransa və Belçikanın musiqiçiləri iştirak ediblər. Azərbaycanı isə istedadlı cazmen və bəstəkar Elçin Şirinov təmsil edib.

İlk olaraq “Önder Focan ve Şalliel qardaşları” qrupu səhnəyə çıxıb. Türkiyənin məşhur caz ifaçısı, bəstəkar-aranjimançı Önder Focan 13 albom buraxıb. Cazmen bir çox beynəlxalq festivallarda həm münsiflər heyətinin üzvü, həm də ifaçı kimi iştirak edib. Konsertdə saksafonçu qardaşlar Anil və Batuhan Şalliel iştirak ediblər.

Xudaferin.eu

09:17