Türkiyənin jurnalist təşkilatları rəhbərləri ön cəbhədə Ermənistanın vandalizm aktları ilə tanış olublar

 

Türkiyənin jurnalist təşkilatları rəhbərləri ön cəbhədə Ermənistanın vandalizm aktları ilə tanış olub və şəhid ailələrini ziyarət ediblər.

 

Türkiyə Cümhuriyyətinin bir qrup aparıcı media orqanlarının təmsilçiləri “Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri: jurnalistlərin gözü və sözü sözü ilə...” adlı layihə çərçivəsində Azərbaycanın ön cəbhə bölgəsi olan Tovuzda və Gəncədə səfərdə olublar.

Qonaqlara rayon haqqında geniş məlumat veriblər. Qonaqlar “Qala” kompleksində Azərbaycanın müxtəlif dövrlərdə ərazi bütövlüyünü, azaldığını əks etdirən xəritə ilə tanış olmub. Sonra jurnalistlər Tovuz rayonun şəhidlər xiyabanını ziyarət edib, ruhlarına dualar oxuyublar. Tovuz rayonunun Ermənistanın Noyamberyan (Şəmşəddin) rayonu ilə sərhəd olan Ağdam kəndinə gəlmişlər. Burada türkiyəli jurnalistlərə Ermənistan silahlı qüvvələrinin azərbaycanlılara, o cümlədən Tovuz rayonunun sakinlərinə qarşı törətdikləri qeyri-insani hərəkətlər, vandalizm aktları haqqında geniş məlumat verilib.
Bildirilmişdir ki, Ağdam kəndinin sakinləri hər an ermənilər tərəfindən ölüm təhlükəsi ilə üz-üzə qaldıqları üçün neçə illərdir sərhəd boyunca yerləşən ata-baba məzarlıqlarını ziyarət edə bilmirlər. Qonaqlar ermənilər tərəfindən kəndin sərhəddə yerləşən qədim ziyarətgah yeri olan Alı Dədə abidəsinin və qəbiristanlığın dağıdıldığının şahidi olublar. Sakinlər qonaqlara ermənilər tərəfindən atəşkəsin tez-tez pozulması barədə məlumat vermişlər. Qonaqlar kəndin gündəlik həyat tərzi, qayğı və problemləri ilə maraqlandılar.

Ermənistanla həmsərhəd olan digər kəndlər kimi Ağdamın da Ermənistan ordusunun daimi atəşi altında yaşadığını, törədilən bütün çətinliklərə baxmayaraq, əhalinin mətn və əzmkarlıqla gündəlik həyat məşğuliyyətlərinə davam etdiyini vurğulanıb. Mütəmadi olaraq, Ermənistan hərbi birləşmələrinin əkin sahələrində, həyətində işləyən və ya yolda gedən mülki əhalini, eləcə də qadın və uşaqları, yaşlıları hədəf götürməsi, evləri atəşə tutması yay aylarında kəndə gələn suyun qarşısını kəsməsi işğalçı Ermənistanın əsl mahiyyətini üzə çıxarır. Onun sözlərinə görə, Türkiyədən olan media təmsilçilərinin Azərbaycana gələrək cəbhəyanı kəndlərimizdəki durumla daha yaxından tanış olması Ermənistan-Azərbaycan münaqişəsi, Qarabağ həqiqətlərinin beynəlxalq aləmə daha obyektiv çatdırılmasında mühüm rol oynayır. Türkiyənin jurnalist təşkilatlarının rəhbərləri Azərbaycan həqiqətlərini, azərbaycanlıların necə yaşadıqlarını eşitməyin başqa, gözlə görməyin tamam başqa olduğunu söyləyiblər.

Türkiyəli jurnalistlər gördüklərinin dünya ictimaiyyətinə çatdırılmasına çalışacaqlarını demişlər. Qonaqlar Ağdam kəndində böyüyüb-başa çatmış və şəhid olmuş Milli Qəhrəman Naiq Yusifovun ailəsini ziyarət edib, valdeynləri ilə görüşdülər. Şəhidin atası Nəsir Yusifov vətənin bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların ailələrini ziyarət etdikləri üçün təşəkkür etdi.

Türkiyə Antalya Qəzetçilər Cəmiyyəti, Akdəniz Qəzetçilər Federasiyasının başqanı Mevlut Yeni bildirdi ki, Azərbaycan şəhid ailələrinin acısı onların da acısıdır. O, “Torpaq uğrunda ölən varsa, vətəndir”—deyərək şəhidin ailəsinə belə igid övlad yetişdirdiyi üçün minnətdarlıq etdi. Daha sonra qonaqlar Tovuz rayonunun Yanıqlı kəndindən olan şəhid Elvin Əhmədovun ailəsini ziyarət etdilər. O bildirdi ki, torpağımızın keşiyində dayanan igid oğullarımızın qəhrəmanlığı gənc nəsil üçün örnəkdir. Daha sonra qonaqlar Yuxarı Öysüzlü kəndindən olan şəhid Abbasov Həsənəli Çingiz oğlunun ailəsinə baş çəkdilər. Şəhidin valideynləri oğullarının vətən uğrunda canını fəda etdiyini bildirdi və Vətən sağ olsun deyiblər. Vətənin bütövlüyü uğrunda həlak olmuş bütün şəhidlərimizin ruhuna dualar oxundu.

TREND İA

11:16