Türkiyəli siyasətçi: Türkiyə Ermənistandan olan qeyri-leqal miqrantları deportasiya etməlidir

 

Türkiyə Ermənistandan olan qeyri-leqal miqrantları deportasiya etməlidir.

 

Bunu Türkiyənin Böyük Birlik Partiyasının rəhbəri Mustafa Dəstici deyib. Onun sözlərinə görə, Türkiyədə 100 minə yaxın qeyri-leqal erməni miqrant yaşayır: “Ermənistan Azərbaycanın torpaqlarını işğal edib, soyqırımı törədib, daim atəşkəs rejimini pozur. Biz isə Ermənistandan olan qeyri-leqal miqrantları saxlamalıyıq?! Bu qəbulolunmazdır”.

M. Dəstici vurğulayıb ki, Türkiyə hər zaman Azərbaycanın yanında olacaq.
Qeyd edək ki, Ermənistanda ağır sosial-iqtisadi həyat tərzinə görə ermənilər sadəcə Rusiyaya deyil, eyni zamanda Türkiyəyə də miqrasiya edirlər. Son illər ərzində Türkiyənin İstanbul şəhəri başda olmaqla, bir sıra iri sənaye şəhərlərinə Ermənistandan erməni əhalisinin miqrasiya etməsi prosesi daha da sürətlənibdir. Onlar bu ölkədə əsasən yerli erməni işadamlarının fabriklərində, ictimai-iaşə şəbəkələrində fəaliyyət göstərirlər.

TREND İA

09:55