Türkiyəli mezzo-soprano dünya siyahısında

 

Türkiyənin mezzo-sopranosu Ezgi Karakaya "BBC Cardiff Singer of the World" müsabiqəsinə qatılan 450 iştirakçı arasında finala qalan 20 ifaçıdan biri oldu.

Türkiyənin mezzo-sopranosu Ezgi Karakaya "BBC Cardiff Singer of the World" müsabiqəsinə İtaliyadan Norveçdən, Rusiyadan, Kanadadan və digər ölkələrdən qatılan 450 iştirakçı arasında finala qalan 20 ifaçıdan biri oldu. Ankara Dövlət Opera və Balet Teatrının solisti olan Karakaya 20 nəfərlik siyahıda yer aldığı müsabiqənin Cardiffdə 11-19 iyun tarixlərində keçiriləcək finallarında birinci səs olmaq üçün yarışacaq.

İlk dəfə 1983-cü ildə keçirilən "BBC Cardiff Singer of the World" müsabiqəsi bu günə qədər aralarında Bryn Terfel, Karita Mattila, Dmitriy Xvorostovskiy, Anja Harteros kimi məşhur sənətkarları opera dünyasına qazandırıb.

Xudaferin.eu
Türkiyə, “Ankara Bürosu”

05:34