Türkiyədən Fransaya saxta “erməni soyqırımı” etirazı

Fransa Prezidenti Emmanuel Makronun saxta “erməni soyqırımı” ilə bağlı açıqlaması Türkiyə tərəfinin kəskin etirazına səbəb olub.

Xudaferin.eu xəbər verir ki, məsələyə ilk etiraz edən Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın olub. Anadolu agentliyinin məlumatına görə, Fransa Prezidentinin 24 aprel tarixini saxta “erməni soyqırımı” günü elan etmək barədə açıqlamasının kəskin şəkildə qınadıqlarını ifadə edən İbrahim Kalın bildirib ki, ölkəsində siyasi böhran yaşanan Makronun tarixi hadisələri siyasi vasitəyə çevirməsini rədd edirik.

İbrahim Kalın deyib: “Saxta “erməni soyqırımı” iddiaları hüquqi əsası olmayan və tarixi həqiqətləri təhrif edən siyasi yalandır. Bunun Türkiyə üçün heç bir hüquqi hökmü yoxdur”.

Xudaferin.eu

17:53