Türkiyədə terrorçu PKK-ya üzv olmaqda şübhəli bilinən 20 nəfər tutulub

Türkiyənin Adana bölgəsində terrorçu PKK qruplaşmasına üzv olmaqda şübhəli bilinən 20 nəfər saxlanılıb.

Xudaferin.eu-nun məlumatına əsasən, bu barədə Report “Haber7”yə istinadən xəbər verir. 

Məlumata əsasən, Adana əyaləti Təhlükəsizlik İdarəsi 30 müxtəlif ünvanda eyni zamanda anti-terror əməliyyatı keçirib.

İnformasiyaya görə, şübhəlilər tibbi müayinədən keçirildikdən sonra sorğu-sual edilmək üçün Təhlükəsizlik İdarəsinə aparılıblar. 

Xudaferin.eu

14:20