Türkiyədə terror əleyhinə əməliyyat: Onlarla saxlanılan şəxs var

İstanbul Polis İdarəsinin terrorla mübarizə şöbəsinin əməkdaşları “İslam dövləti” terror qruplaşmasının tərəfdaşlarına qarşı əməliyyat keçiriblər, əməliyyat nəticəsində 35 nəfər saxlanılıb.  

Xudaferin.eu xəbər verir ki, bu barədə çərşənbə günü hüquq-mühafizə orqanlarında olan mənbəyə istinadən “Anadolu” agentliyi məlumat yayıb. 

Polislər İstanbulun Sultanbəyli və Pendik rayonlarında eyni anda 41 ünvan üzrə axtarış keçiriblər. Axtarışların nəticəsində İŞİD-ə aid olan əsgər ləvazimatı və sənədlər aşkar edilib. 

Saxlanılan şəxslərin terrorizm ilə mübarizə şöbəsinə gətirildikləri bildirilib. 

Xudaferin.eu

14:53