Türkiyədə seçki günü terakt törətmək istəyənlər tutuldu - FOTO

Ankara polisi Türkiyədə keçiriləcək seçkilər vaxtı terror aktları planlaşdıran İŞİD terror təşkilatının silahlılarını ələ keçirib. 

Xudaferin.eu Türkiyə mediasına istinadla xəbər verir ki, əməliyyat zamanı 14 nəfər yaxalanıb.

Onların iyunun 24-də keçiriləcək prezident, iyunun 27-də isə parlament seçkiləri vaxtı terror aktları planlaşdırdıqları məlum olub. 

Məlumatlara görə, saxlanılanların hamısı əcnəbidir. Onların qaldığı evlərdə aparılan axtarış işləri zamanı çox sayda sübut aşkarlanıb. 

Xudaferin.eu 

 

12:10