Türkiyədə referendumun vaxtı açıqlandı

Türkiyədə Konstitusiya dəyişiklikləri ilə bağlı referendum aprelin 16-da keçiriləcək.

Xudaferin.eu-nun APA-ya istinadən verdiyi xəbərə görə, bunu Yüksək Seçim Qurumu sədri Sədi Güvən açıqlayıb.

Qeyd edək ki, referenduma çıxarılan Konstitusiya dəyişikliklərinə əsasən, Türkiyə parlament respublikasından prezident respublikasına keçəcək və baş nazir vəzifəsi ləğv olunacaq.

21:56