Türkiyədə referendum rəzaləti

 

YSK möhürsüz 1.5 milyon seçki bülletenlərinin etibarlı olması haqda qərar çıxartdı

 

Türkiyənin Ali Seçki Qurumu (Yüksek SeçimKurulu) 16 aprel 2017-ci il tarixdə keçirilən Ana Yasa dəyişiklikləri referendumunda 1.5 milyon möhürsüz seçki bülletenlərinin “etibarlı” olması haqda qərar verib. Beləliklə də referandumun sonucu olaraq, yeni Ana Yasa dəyişikliklərinə “EVET” deyənlərin sayı 51.29 faiz, “HAYIR” deyənlərin faizi isə 48.71 olmması açıqlamasını vermişdir. YSK başqanı Sadi Güvən referendumun son nətciələrini gözləmədən bu açıqlaması ilə digər yandan seçicilərin və ictimai fikrin şaşqın duruma düşməsinə səbəb olmuşdur. Bütün bunlar azmış kimi, referendum zamanı səsverən seçicilərin seçki qutusuna atdıqları 1.5 milyonluq və üzərində yalnış yerə vurulan möhürləri rəsmi səsvermə kimi dəyərləndirmişdir. Halbuki, qanunla seçki bülleteni üzərində qeydlər yalnış olursa, həmin bülletenlər səsvermə qeydiyyatına alınmırlar. Beləliklə də YSK bəzi sandıqlarda “səs kompası” və “zərflərin” sandıq heyəti möhürü ilə mühürlənmədən verildiyi iddiaları üzərinə toplanaraq, sandıq heyəti möhürü daşımayan “səs kompası” və zərflərin çöldən gətirilərək istifadə edildiyi sübut edilmədikcə , etibarlı sayılmasına qərar verilib. Möhürsüz səs bulletenlərinin istifadə edildiyinə dair çoxlu şikayətlərin olmasına baxmayaraq, YSK hakimiyyətdə olan AKP iqtidarının “əlaltısı”na çevrildiyini və beləliklə də antidemokratik bir referenduma rəy verilməsi haqqında hökm çıxarıb.
Qeyd edək ki, AKP və onun lideri Rəcəb Təyyib Ərdoğanın israrı ilə keçirilən Ana Yasa dəyişikliyi referendumunun keçirilməsi bir yandan 93 illik Cümhuriyyət dönəminin artıq arxa planda qaldığının böyük bir nişanəsidir. Ölkəni ortaçağ dönəminə sürükləməklə ümmətçi və əşriətçi AKP iqtidfarı dünyanın ən demokratik bir ölkəsini tədricən teokratik bir dövlət modelinə sürükləməkdədir. Ölkədə məhkəmə hakimiyyəti, parlament demokratiyası və vətəndaş cəmiyyəti kimi demokratik təsisatların tədricən dinçi və əşirətçi bir düzənə sürüklənməsi XXI yüzilin rəzaləti deməkdir. Ölkənin təkadamlıq bir rejimə sürüklənməsi və bunun üçün referendum keçirilməsi Türkiyə və Türk Dünyası üçün, dünya demokratiyası üçün utanc gətirici bir olay kimi tarixə düşdü. Mədəni dünya bundan sonra Türkiyəyə demokratik düzəninə görə “Üçüncü ölkələr” dəyəri ilə yanaşma taktikasını sərgiləyəcəkdir.

Xudaferin.eu
Türkiyə, “Ankara Bürosu” 

  

15:49