Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinərək saxlanılanların sayı 400-ə çatıb - YENİLƏNİB

Türkiyə polisinin ölkənin bir neçə regionunda keçirdiyi antiterror əməliyyatı çərçivəsində saxlanılanların sayı 400-ə çatıb.
Xudaferin.eu-nun məlumatına görə, bu barədə "DHA" xəbər verib.
Məlumatda bildirilir ki, onlar İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinirlər.

***
Türkiyənin paytaxtı Ankara şəhərində terrorçularla əlaqədə şübhəli bilinən 60 nəfər saxlanılıb.
Xudaferin.eu-nun məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər verib.
Məlumata görə, bununla bağlı əməliyyat bu gün səhər saatlarında keçirilib. Əməliyyat Sincan, Çubuq, Yeniməhəllə və Mamak rayonlarında təşkil olunub.
Xəbərdə bildirilir ki, Ankara Polis İdarəsinin əməkdaşları İŞİD tərəfdarları əleyhinə keçirdikləri əməliyyat zamanı terror qruplaşmasının tərəfdarı olmaqda şübəli bilinən 60 nəfəri saxlayıblar. Saxlanılanların əksəriyyəti xarici ölkə vətəndaşlarıdır.
Şübhəlilər ifadə vermək üçün Ankara Polis İdarəsinə aparılıb.

Xudaferin.eu

15:44