Türkiyədə İrana bağlı TV-lər qapadıldı

Türkiyə dövləti İran tərəfindən maliyələşdirən iki TV kanalını qapadıb. 683 saylı KHK ilə terror təşkilatlarına və ya Milli Təhlükəsizlik quruluşlarına, dövlətin milli təhlükəsizliyinə qarşı fəaliyyətdə olduğuna qərar verilən forma, quruluş və ya qruplara mənsubiyyəti, iltisakı və ya onlarla əlaqəsi olan İranla birbaşa bağlı olan 2 (“Sepahın Qüds İdeyası”nı yayan) özəl televiziya kanalı qapadılmışdır.

Xatırladaq İran mollakratiya rejiminin öz təxribat hədəfləri üçün illərdir  bir çox ölkələrdə, o cümlədən qonşu dövlətlər olaraq Quzey Azərbaycanda “Səhər TV, Türkiyədə “Kanal 12”, “One-4”, Yəməndə və ərəb dünyasına “Əl AləmTV” və sair tv və radio kanaları çalışırdı. Bu TV və radio kanallar mollakrat rejiminin “paniranizm” və “panfarsizm” ideyasına xidmət edirdi. Beləliklə də ideoloji təməllər üzərində qurulmuş bir dərin taktika ilə qonşu ölklərin iç işlərinə qarşır və bölgəsəl sabatiliyi pozmaq üçün terror və təxribat törədirdi. Bu yöndə İran yönlü Tv və radio kanalalrın fəaliyyətlərini durduran ilk təşəbbüs isə Azərbaycan Respublikasında baş vermişdi.
Qeyd edək ki, təməli XVIII yüzilin ortalarında Hindistanda qurulan “paniranizm” və “panfarsizm” islam dini pərdəsi altında mövhumatçı dini-ideoloji düzənlə Qacarlar Türk dövlətinin çökdürülməsində önəmli rol oynamışdır. Bunun ardınca İraq, Suriya, Quzey Azərbaycan, Türkiyə, Pakistan, Tacikstan, Özbəkistan, Livan, Liviya, Oman, Sudan, Yəmən, Türkiyə, Bəhreyn, Qətər, Küveyt və digər ölkələrdə də həmin şəbəkələrin qurulması yönündə dərin siyasətlər aparlmışdır. Bunun üçün gah “arizm”, gah da din pərdəsi adı altında həmin hədəflərə baş vurulmuşdur. 1925-ci ildən bu yana indiki İran adlı ölkədə isə daha üstün bir düzəndə hədəflərini gerçəkləşdirə bilmişdir. 1978-ci il 23 Bəhmən İnqilabından sonra isə, mollakratiya rejimi bütün hədəflərin coğrafiyasının daha da genişləndirilməsi yönündə 38 ildir fəaliyyət göstərməkdədir. Din pərdəsi altında qonşu dövlətlərin daxili işlərinə müdaxilə bu siyasətin ana doktrinası hesab olunur.

Xudaferin.eu
Türkiyə, “Ankara Bürosu” 

12:08