Türkiyədə Ana Müxalifət lideri hərbi qarovulla qarşılandı

 

Türkiyədə ana müxalifət lideri Kamal Kılıcdaroğlu hərbi mərasimlə qarşılanması ölkədə böyük əks-səda doğurub. Türk Silahlı Qüvvələri Kamal Kılıcdaroğlunun hərbi mərasimlə qarşılanmasını əks etdirən fotoların araşdırıldığını bildirib.

Cümhuriyyət Xalk Partiyası (CHP) lideri Kamal Kılıcdaroğu qanunla yasaq edilməsinə baxmayaraq, referendum mitinqi üçün getdiyi Balıkəsrdə hərbi aerodroma enib. Və orda hərbi qarovulla qarşılanıb. Daha sonra qarşılanma mərasimini əks etdirən fotolar yayılıb.

Xatırladaq ki, Kamal Kılıcdaroğlu Balıkəsr və ətraf bölgələri əhatə edən səfərə xüsusi təyyarə ilə gəlib. Təyyarənin endiyi aerodrom hərbi təyinatına baxmayaraq, mülki uçuşlar da qəbul edir. Ancaq seçki qanununa görə, təbliğat kampaniyasında hərbi aerodromdan istifadə qadağandır. Hərbi qarovul müxalifət liderini qarşılayıb və bundan sonra Kılıcdaroğlu general Əhməd Biçeri ziyarət edib. Qarşılanma mərasiminin fotoları Bandırma bələdiyyə başqanı Dursun Mirəzinin Facebook səhifəsində paylaşılıb. Bütün bunlarla yanaşı, 16 aprel ölkədə Ana Yasanın 18 maddəlik dəyişiklikləri nədəni olaraq keçirilən referendum təbliğatı ərəfəsində CHP və ona dəstək verən vətəndaş cəmiyyəti quruluşları bu dövlətin təməl qurucusu Mustafa Kamal Atatürkü fəal şəkildə müdafiə etdikləri üçün, əhali, ordu, polis və digər güvənlik quruşuları tərəfindən böyük coşqu ilə qarşılayırlar.

Xudaferin.eu
Türkiyə, “Ankara Bürosu”

06:06