Türkiyədə 10 terrorçu məhv edildi

Türkiyənin təhlükəsizlik qüvvələrinin Tunceli vilayətində keçirdiyi antiterror əməliyyatı nəticəsində 10 terrorçu məhv edilib.

Xudaferin.eu xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin (TSQ) qırıcıları əməliyyata dəstək verib.

Digər bir məlumatda qeyd edilir ki, avqustun 7-də Şırnak vilayətinin Küpeli Dağı bölgəsində TSQ-nin qırıcılarının məhv etdiyi 5 terrorçudan biri “Redur Koçer” ləqəbli Halit Ericek adlı terrorçudur.

O, Şırnakın Akçay rayonunda iki əsgərin şəhid olması ilə nəticələnən terror aktının təşkilatçısı olub.

Xudaferin.eu

13:44