Türkiyə YPG-yə qarşı on minlik döyüşçünü hərəkətə keçirdi

 

Türkiyənin YPG-yə qarşı əməliyyatda istifadə etmək və təhlükəsiz zonada xidmət etmələri üçün Azad Suriya Ordusuna mənsub olan 10 min nəfərlik ordu qurmağa başlayıb. Bu hərbi birliklər PKK-nın Suriya qolu YPG-yə qarşı Azad Suriya Ordusu ilə ortaq şəkildə hərəkət edəcək.

Yeni təhlükəsiz bölgə

Türkiyənin Cerablusdan İdlibə qədər ərazidə təhlükəsiz zona yaratmaq istəyi və bu təhlükəsiz bölgədə xidmət etmələri üçün Azad Suriya Ordusu bölmələri ilə birlikdə bölgədə təhlükəsiz zonaların yaradılması əsas hədəflərdən biri hesab olunur.
 

YPG-yə qarşı quru əməliyyatı
 

Türkiyənin qısa müddət ərzində YPG-yə qarşı quru və hava əməliyyatı aparmaq planı hazırladığını iddia edir. İddiaya görə, Türkiyə quru əməliyyatlarında ASO qüvvələrindən fəal şəkildə istifadə etməklə bölgədə sabitliyin qurulacağı artıq göz önündədir. Suriyalı kişilərdən ibarət olan ASO-nun sayının hələlik 10 min nəfər olacağı, gələcəkdə bu sayın daha da arta biləcəyi deyilir.

YPG ümidini Rusiyaya bağlayıb

 

YPG lideri Rezan Hiddo bildirib ki, Türkiyənin YPG-yə qarşı Azad Suriya Ordusu qurmaq üçün çalışdığını diqətə çatdıraraq: “Bizə gələn məlumatlara görə, Türkiyə, Afrində ASO qüvvələrinə təlim verir. ABŞ-ın YPG-ni silahlandırmaq qərarından sonra Türkiyə hərəkətə keçmək istəyir. Kobani və Kamışlıda ABŞ hərbçiləri olduğundan Türkiyə orada quru əməliyyatları aparmır. Lakin Afrində ABŞ hərbçiləri olmadığı üçün, Türkiyə əməliyyatları burada aparmağı planlaşdırır. Bundan başqa, Türkiyə Azez, Mare, Cerablus-Hələbin qərbi və İdlibi tamamilə nəzarət altına almaq iatəyir. Türkiyə, Hələbin qərbi ilə İdlib bölgəsini birləşdirmək istəyir. Suriya hökuməti və Rusiyanın bu plana necə reaksiya verəcəyini gözləyirik. Biz, etiraz gözləyirik”.

Türkiyə yeni qalxan qurur – terrorçuların ürəyinə qorxu düşüb

 

Suriya Kürdləri Milli Şurasının rəhbəri Müslüm Məhəmməd isə deyib: “Fərat qalxanı” yaradıldıqda Fəratın qərbində Azez, Cerablus və Əl Bab bölgələrində döyüşlər getdi. Türkiyə yenə də qalxanlar qurur. İndi də “Cəzirə qalxanı” və “Dəcla qalxanı” qurulur. “Dəcla qalxanı” ilə Silopidən Səncara qədər olan bölgədə əməliyyat aparmağı planlaşdırır”.

Xudaferin.eu
Türkiyə, “Ankara Bürosu”

10:24