Türkiyə və Avrasiya Gündəmi

 

Ölkənin birinci prezidenti İslam Kərimovun vəfatından sonra Özbəkistan.

Özbəkistanda prezident İslam Kərimovun vəfatından sonra 2016-cı il dekabrın 4-də prezident seçkiləri keçirildi. Həmin seçkidən qısa müddət əvvəl isə Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan bu ölkəyə səfər etdi. Biz “Türkiyə və Avrasiya” gündəmi verilişinin bugünkü buraxılışında Özbəkistanda yeni dövr və Türkiyə-Özbəkistan əlaqələri mövzusuna toxunmuşuq. Atatürk Universitetində Beynəlxalq Əlaqələr kafedrasının müəllimi Cəmil Doğac İpəkin mətnini sizə təqdim edirik. 
 

Özbəkistan 30 milyondan artıq əhalisi, geosiyasi mövqeyi, köklü tarixi, zəngin mədəniyyətri və iqtisadi potensialı ilə Avrasiya bölgəsində sülh və sabitlik üçün önəmli mövqeyə malikdir. Ölkənin ilk prezidenti İslam Kərimovun vəfatından sonra Özbəkistan Avrasiyada diqqət mərkəzində oldu. Vətəndaşlar ölkənin ikinci prezidentini seçmək üçün 2016-cı il dekabrın 4-də səsverməyə getdi. 2003-cü ildən bəri Baş nazir olan və İ.Kərimovun vəfatından sonra prezident səhaliyyətlərini icra edən Şövkət Mirzəyev seçkini qazandı. Seçkilərdən əvvəl Rəcəb Tayyib Ərdoğan noyabrın17-18-i arası böyük heyətlə Özbəkistana səfər etdi və Ş. Mirzəyevlə görüşdü. Türkiyə 1991-ci ildə Özbəkistanın müstəqilliyini tanıyan ilk ölkədir. Buna görə iki ölkə arasında əlaqələr sürətli şəkildə inkişaf edirdi. Amma 2005-ci ildə Özbəkistanda “Əndican hadisələri”nin müzakirə olunduğu BMT Baş Assambleyasının iclasında Türkiyə Özbəkistanın əleyhinə səs verdiyi üçün 1991-ci ildən başlanan əlaqələr durğunluq dövrünə girdi və belə də davam etdi.

2003-cü ildə R.T.Ərdoğanın səfərindən 13 il sonra reallaşan bu görüşün əlaqələrin bərpasına təkan verməsi gözlənilir. Bu barədə Səmərqənddə olan görüşdə Ərdoğan “Əlaqələrdə yeni səhifə”, Mirziəyev isə “Artıq sözdə deyil, gerçək əməkdaşlığın vaxtıdır” ifadələrini işlətdilər. İki ölkənin ilderləri Özbəkistan-Türkiyə İnvestisiya Forumu və Birgə İqtisadi Komissiya Toplantısı keçiriləcəklərinə dair həmfikir olduqlarını açıqladılar. Özbəkistan Türkiyəyə könüldən bağlı olan bir ölkədir. R.T.Ərdoğanın bu səfərilə iki ölkə arasında durğunluq dövrü başa çatdı. Bundan sonra dövlətlər arasında başda tekstil, səhiyyə, turizm və dəri sənayesi olmaqla iqtisadiyyat, terrorla mübarizədə isə əməkdaşlıq sürətlə inkişaf etdiriləcək. Əlbəttə, bu ələqalərə dinc əhali, media və akademik qurumlar da dayaq olmalıdır. Bu baxımdan bir tələbə şəhərciyi İstanbulda, biri Səmərqənddə olmaqla Türkiyə-Özbəkistan Uluğ bəy Universitetinin yaradılması iki ölkənin sahib olduqları tarixi bilik təcrübələrini bölüşmək üçün ciddi rol oynaya bilər. Türkiyə dini birlik olaraq Hənəfi-Maturidi/Sufi Türk-İslam ənənəsini inkişaf etdirib sələfi radikallığı qarşısında qoymağı Avrasiya ölkələrinə təklif edir. İslam Kərimov hökumətinin iki əsas xüsusiyyəti var idi: birincisi, avtoritet idarə, ikincisi sovet siyasi sistemini davam etdirmək. O, Avrasiyada böyük qüvvələrin mübarizəsi qarşısında Özbəkistanı qorumaq üçün həll yolu kimi qismi izolasiya siyasətinə üstünlük vermişdi. Yeni liderlik isə geosiyasi meydan oxumalara fəal siyasətlə cavab verməyi düşünür. Özbəkistan tutduğu mövqe və əhali potensiyalı ilə Avrasiyanın kilid ölkələrindən biridir. Bu ölkə ilə əlaqə saxlamadan Türküstanda – Orta Asiyada var olmaq çətindir. Bu xüsusiyyətlərinə görə Özbəkistan qlobal və regional aktyorların əməkdaşlıq üçün tez-tez qapısı döyülən ölkə olacaq. Mirzəyev prezidentliyinin ilk dövründə köklü siyasi dəyişikliklərə üz tutmadan xalqın sosial problemlərini həll etməyə və qonşu ölkələrlə iqtisadi əlaqələri inkişaf etdirməyə yönəlib. O xarici siyasətdə qonşu türk cümhuriyyətlərinə daha çox üz tutmalıdır. Özbəkistan prezidenti ölkə xaricinə ilk səfərini Rusiyaya reallaşdırdı. Bu ökəyə üstünlük verməsi Rusiya-Özbəkistan əlaqələrini iqtisadi sahədə güclü səviyyəyə çatdırma məqsədi daşıyır. Mirzəyev dövrü Özbəkistan üçün yeni bir başlanğıc olacaq. Kərimov Türk Şurası başda olmaqla regional əməkdaşlıq tədbirlərinə qarşı məsafəli siyasət yürüdürdü. Bu siyasətin dəyişməsi bölgədə söz sahibi olan ölkələrin qarşında maneəni qaldıra bilər. Özbəkistanda enerji sahəsində qısmən problemlər var. Bunların həllində xarici investisiya və regional əməkdaşlıqlar həll yolu ola bilər.
Mirzəyev Kərimovun zamanında 13 il Baş nazir oldu. Buna görə dəyişikliklər asan olmayacaq. Amma Mirziyayev ölkəsini və bölgəni yaxşı tanıyır, təcrübəli siyasətçidir.

Özbəkistanın Türk Şurası ilə əlaqələrini inkişaf etdirməsi həm bölgə, həm də Türk Dünyası üçün böyük əhəmiyyət kəsb edir.

 

Xudaferin.eu
Özbəkistan, “Daşkənd Bürosu”

 

11:48