Türkiyə kitab sərgisində Azərbaycan əsərləri

Türkiyənin paytaxtı Ankarada yanvarın 5-də Kitab Sərgisi açıldı

Burada yeni kitablar, təkrar nəşrlər arasında yerli və xarici yazıçı, şairlərlə yanaşı, Azərbaycanlı ziyalıların da əsərləri nümayiş olunur, oxucu kütləsi qazanır və satılır. Bu kitablardan daha çox diqqət çəkənlərdən biri Eluca Atalının əsərləridir. Dünya, həyat, insan və onların ətrafında yaşanan hər hadisə onun mövzusudur.
Əqidə yolu - qəbul etdiyi Asif Atanın "İnsan dəyişməsə, dünya dəyişməz" fikridir. O deyir: “İnsan özünü kamilləşdirmək üçün özündə olan, ona mane olan əgər-əskiklikləri analiz edib təmizləməlidir”.
Eluca Atalının əsərləri bunlardır: "İnsandan üstün", "Paşa Kalbinur: Bibliyografyası", "Atillanın açıq pəncərəsi", "Qum üstündə sərçələr", "Milli monoloq", "Gecikmiş oyuncaq", "Bir qurtum azadlıq", "Azadlıq hekayələri", "Atlara güllə atmayın "," Kərküklülər yalnız buraxılmış türklərdir", "Tiqranizm Xocalıda".
Dram janrında yazdığı "Tiqranizm Xocalıda" əsərinin birinci hissəsində 20-ci əsrin 50-60-cı illərində ermənilərin Roma və Parfiya dövlətlərində etdikləri xəyanət və amansızlıq canlandırılır. Cani Andronikin çar Rusyası tərəfindən satın alınıb Türkiyə, Azərbaycan Respublikası – Qarabağ, Naxçıvan və Güney Azərbaycanda törətdiyi ağlasığmaz vəhşiliklər ədəbi həllini tapır. Bu xətt əsərin sonuna qədər bu günə kimi olan proseslərlə davam edir, Xocalı faciəsində kulminasiya nöqtəsinə çatır. Əsərin Türkiyə türkçəsi İstanbulda 2016-cı ilin mart ayında nəşr olunub, Azərbaycan Türkcəsində isə 2016-cı ilin aprelində Bakıda işıq üzü görüb. Eluca Atalı yaradıcılığında uyğur türkləri - Şərqi Türküstan mövzusu da xüsusi yer tutur. Yaşadığı İsveç şəhərində ictimai tədbirlərdə yaxından iştirak edir, Türkiyə, Azərbaycan, Doğu Türküstün, Güney Azərbaycan, Kərkük və ümumbəşəri əksər tədbirlərdə aktiv fəaliyyət göstərir.
Türkiyəyə dəvət olunan Azərbaycanlı araşdırmaçı-yazıçı bildirir ki, fevral ayında ölkənin İstanbul, Trakya, Ədirnə, Əskişəhər, Kayseri şəhərlərində olacaq, kitablarının təqdimatı üçün təşkil olunan imzalama mərasimində iştirak və çıxış edəcək. Eluca Atalı ilə Türkiyədəki görüşlər əsasən bələdiyyə, universitet və Azərbaycan dərnəklərində keçiriləcək.

Xudaferin.eu
Türkiyə, “Ankara Bürosu”

14:01