Türkiyə Jandarma Qüvvələrinin ilk qadın komtanı şəhid oldu

 

Şırnakdakı helikopter qəzasında şəhid olan 13 yüksək rütbəli həbçi arasında Türkiyənin ilk qadın jandarma zabiti, yarbay Songül Yakut da var.

Songül Yakut 1976-cı ildə Malatyada dünyaya gəlib. Atasını erkən itirib. Hərbi ökülünün  jandarma fakültəsindən 1997-ci ildə leytenant rütbəsi ilə məzun olub. Beypazarı bölgəsində xidmət edib. FƏTÖ terror şəbəkəsi ilə əməkdaşlıq etmədiyi üçün şəbəkə  tərəfindən qurğu qurularaq vəzifəsindən uzaqlaşdırılıb! Böyük bir hüquqi mübarizə apararaq yenidən vətənə xidmət formasını geyinib. Təyinatı Şırnak vilayətinə olub.

2017-ci il mayın 31-də Şırnakın Uludərə rayonunda yerləşən Şenoba bölgəsində baş verən vertolyot qəzasında jandarmasının ilk qadın zabiti Songül Yakut da 12 nəfər silahdaşı ilə birlikdə şəhid olub.

Songül Yakutun vəkili Şule Erol onun ölümündən sonra belə bir mesaj paylaşıb: “Minbaşı Songül. İyrənc FƏTÖ şəbəkəsinin ordudakı uzantılarının hiyləsinə tuş gəlib xidmətdən uzaqlaşdırılmışdı. Çətin bir hüquqi mübarizə apararaq nəhayət ki, çox sevdiyi peşəsinə geri qayıda bildi. Rütbəsini alıb ofisə gəldi. Yarbay rütbəsini qeyd elədik. Təyinat gözləyirdi. “Getmə”, - dedim. Mənə qulaq asmadı gözəl qızım. Təyinatı Şırnaka idi. Bu gün qəzaya uğrayan helikopterdə şəhid oldu. Gözəl qızım, sənə söz veririk, mübarizəni davam etdirəcəyik”.
Qeyd edək ki, Türkiyəni bir dövlət olaraq çökdürmək üçün FƏTO çetesi əslində bütün bu cinayətləri 14 ildir iqtidarda olan AKP-nin əli ilə gerçəkləşdiribdir. Bu gün AKP iqtidarı və onun lideri Rəcəb Təyyib Ərdoğan heç nə olmamış kimi davranmaqla bütün problemləri bir çetenin boynuna yıxmaqla məsuliyyətdən yaxasını qurtarmağa çalışır. FƏTO çetesinin qurbanı olan onminlərlə insanlara qarşı bu gün də AKP-nin dolayı yolla aparılan siyasəti müdafiə etməsi də bunun təsdiqidir. FƏTO ilə mübarizə adı altında əslində AKP rejimi ona qarşı müxalif olanları suçlamaq siyasətini aparır. O insanlar ki, vətənin müdafiəsi üçün hətta həyatlarını belə qurban verirlər.  

Xudaferin.eu
Türkiyə, “Ankara Bürosu”

19:28