Türkiyə ilə Güney Azərbaycan arasına iki yeni sınır qapısı açılır

 

Türkiyə Böyük Millət Məcilsi (TBMM)Türkiyə ilə Güney Azərbaycan arasında yeni sərhəd qapılarının açılmasına dair qanun layihəsi qəbul edilib. “XUDAFERİN.EU”ya daxil olan xəbərlərə görə, qanun layihəsinə görə, uluslararası yol nəqliyyat sistemi,  əşya və avtomobil nəqliyyatında istifadə olunan keçid məntəqələrinin sayını artırmaq amacıyla, Dilucu-Maku Sınır Qapısı və Kapıköy-Razi Sınır Qapısı fəaliyyətə keçiriləcək.
Qeyd edək ki, Türkiyə və Güney Azərbaycan sınırlarının ən çox payı Urmu vilayəti ilə bağlıdır. Sınırlarda keçid məntəqələrinin sayının artırılması Güney Azərbaycanda 1923-1978-ci illər aralığında qatı antitürk siyasəti aparan pəhləvilər, 1978-ci il 23 Bəhmən İnqilabından sonra hakimiyyətə gəlmiş və mahiyyətcə “panfarsizm” və “paniranizm” siyasətini 37 ildir yürüdən mollakratiya rejimləri dönəmlərində ən ağır həyat şəraiti məhz Urmu vilayəti ilə bağlı olmuşdur. Belə ki, bir yandan Urmu vilayətinin “kürdləşdirilməsi”, bölgənin bəzi ərazilərinin süni şəkildə elan edilmiş “İran Kürdüstanı”na birləşdirilməsi, ağır sosial-iqtisadi siyasətin dərin xarakter alması, bölgədə düşünərəkdən idarə olunanj “aparteid rejimi” düzəninə çevrilmişdir. Başqa bir yandan son illər Urmu Gölünün süni şəkildə qurudulması siyasətinin tərkib hissəsi olaraq, ekoloji böhranlar ucbatından bölgə toplumun İran adlı mollakratiya rejiminin gizli hədəflərinə uyğun tərzdə dünyanın fərqli bölgələrinə məcburi şəkildə köç etmələri hədəfləri də ortaya qoyulmuşdur. Bütün bunlara baxmayaraq, Urmu bölgəsi hər zaman milli dirənişlərini yürütmüş, heç bir halda onlara qarşı aparılan bunca zülm və işgəncələrə bərabər həyat tərzinə qarşı dirənişlərini davam etdirmişlər.
Qeyd edək ki, Türkiyə ilə sınır keçid məntəqələrinin sayının artırılması həm də Güney Azərbaycanda, özəlliklə də Urmu bölgəsində yerli əhalinin sosial-iqtisadi rifahının artması deməkdir.

Xudaferin.eu
Güney Azərbaycan, “Urmu Bürosu”

11:19