Türkiyə-Ermənistan sərhədində keçid məntəqəsi açılıb

 

Sergey Lavrov: “İrəvan və Ankara nə vaxt masa arxasına əyləşsə, Rusiya onlara fəal yardım göstərəcək”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanla Türkiyə arasında sərhədlərin açılması istiqamətində bir sıra addımların atıldığını deyib. «Regional Post - Caucasus» jurnalına müsahibə verən S. Lavrov son dövrlər Rusiyanın Türkiyə ilə yaxınlaşmasından Ermənistanın narahatlığına belə münasibət bildirib: “Rusiya ilə Türkiyə arasında münasibətlərin normallaşması başqa dövlətə zərər verə biləcək proses deyil. Rusiyanın gizli gündəliyi yoxdur. Biz üçüncü ölkənin əleyhinə yönəlmiş və mənafelərinə toxunan siyasi və ya iqtisadi alyans qurmuruq. Ümumiyyətlə, bu konstruktiv əməkdaşlıq qarşılıqlı hörmət əsasında olduğunu göstərir və hər kəsə açıqdır. Əminik ki, Rusiya-Türkiyə əlaqələrində olan böhranın aradan qaldırılması bölgədə qarşılıqlı anlaşmanı və etimadı artıracaq. Hesab edirəm ki, Ankara ilə ikitərəfli əməkdaşlıq Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və sabitliyin xeyrinə olacaq.

- Faktiki olaraq Avrasiya İqtisadi Birliyinin Türkiyə ilə sərhəddi sayılan Ermənistan-Türkiyə sərhəddi bağlı qalmaqda davam edir. Rusiya bu məsələdə pozitiv rol oynaya bilərmi?
 

- Əlbəttə biz Avrasiya İqtisadi Birliyinin xarici sərhəddində insanların, mal və xidmətlərin azad keçidi üçün Ermənistan-Türkiyə məntəqəsənin açılmasını alqışladıq. Bu, şübhəsiz ki, nəticədə bölgənin xeyrinə olacaq. Qeyd edim ki, Rusiya 2007-2009-cu illərdə Ermənistanla Türkiyə arasında dondurulmuş münasibətlərin fəal mərhələyə keçməsində mühüm rol oynayıb. Nəticədə 2009-cu il oktyabrın 10-da Ankara və İrəvan Sürixdə Rusiya, ABŞ, Fransa, Sloveniyanın xarici işlər nazirləri və Avropa Parlamentinin xarici siyasət və təhlükəsizlik üzrə nümayəndəsi “Diplomatik əlaqələrin bərpasına dair” və “Münasibətlərin inkişafına Dair” protokolları imzaladılar.
 

- Yeri gəlmişkən, prosesin normallaşması prosesi sonradan ləngiyib və indiyə qədər dayanıb. Amma tərəflər prinsipial olaraq razılaşmanın, məsuliyyətli qərarların əhəmiyyətini ciddi şəkildə nümayiş etdirdi.
 

- Əminəm ki, Ermənistan və Türkiyə mövcud problemi həll etməyə qadirdirlər. Buna görə onların özlərindən çox şey asılıdır. İrəvan və Ankara nə vaxt masa arxasına əyləşsə, Rusiya onlara fəal yardım göstərəcək.

M.Abdulla

Cebhe.info

P.S. 2002-ci ildə Türkiyədə iqtidara gələn və düz 15 ildir hakimiyyətdə olan AKP hökuməti daim Erməniistanla sərhədlərin açılması ideyasını müdafiə edib. Sözdə  Azərbaycanın yanında olduğunu deyən, “Qarabağsız Azərbaycan yoxdur” açıqlamasını bildirən AKP-nin hər zaman gözü mənasız və məntiqsiz “Fələstin problemi”ndə, “Suriya” və başqa ərəb mövzularında olub. 1956-cı ildən Quzey İraqda Türkmanlara qarşı kürd terrorizmi siyasətini yürüdən bərzanilərin hegemonuluğuna daim qucaq açan, Suriyada Bəşər Əsəd diktatorluğunun apardığı “Türkman soyqırımına göz yuman”, Balkanlarda bütün Türk toplumlarının hüquqlarının polzulmasını vecinə almayan AKP hakimiyyəti beləcə Ermənistanla sınır oyunlarında baş-başadır. Bunun indiki məqamda gündəmə gəlməsinin tək səbəbi 16 aprel tarixində Türkiyədə Ana Yasaya olunacaq dəyişikliklərlə ilgili referendum məsələsidir. Təkbaşına iqtidar olmaq, mütləq hakimiyyəti prezidentə həvalə etmək, AKP diktatorluğunu rəsmiləşdirmək üçün, Türkiyənin ermənilərin səsini qazanmaq üçün atılan addımlardan biri də düşmən ölkə ilə isti münasibətləri sərgiləmək əsas hədəflərdən birinə çevrilib.
 

08:53